Məzmuna keç

Mikroavtobus pikapla toqquşdu, 11 nəfər yaralandı

Türkiyənin Karabük bölgəsində ağır yol qəzası baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Karabükdə pikapla mikroavtobusun toqquşması nəticəsində 11 nəfər yaralanıb.

Əraziyə təcili tibbi yardım, polis və yanğınsöndürmə briqadaları göndərilib.

Qəzada sürücülər, pikapda olan 2 nəfər və mikroavtobusda olan 7 nəfər yaralanıb.

Yaralılar tibb işçilərinin ilkin yardımından sonra xəstəxanaya aparılıb.

Rayon polis şöbəsinin müdiri Mehmet Əli Həsən Köse də qəza yerinə gələrək araşdırma aparıb.

Şəbnəm Mehdizadə