Məzmuna keç

Türkiyədə terrorçuluğu maliyyələşdirməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb

Türkiyənin 4 vilayətində İŞİD terror təşkilatını maliyyələşdirməkdə şübhəli bilinən şəxslərə qarşı əməliyyat keçirilib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, İzmir Prokurorluğunun Terror Cinayətlərinin İstintaqı Bürosu tərəfindən terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə aparılan araşdırmalar çərçivəsində terror təşkilatı üçün maddi vəsait topladığına dair əsaslı şübhələr yaranmş 5 nəfər müəyyən edilib.

İzmir, İstanbul, Konya və Qaziantepdə eyni vaxtda keçirilən əməliyyat zamanı həmin şəxslərdən 3-ü saxlanılıb.

Digər şübhəlilərin tutulması istiqamətində işlər davam edir.

Şəbnəm Mehdizadə