Məzmuna keç

Türkiyədə pambıq tarlasında qanunsuz miqrantlar aşkar edilib

Türkiyənin Aydın şəhərində 25 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Jandarma Komandanlığı tərəfindən bir qrup qanunsuz miqrantın Tuzburgazı rayonunda yerləşən pambıq tarlasında gizləndiyini müəyyən edilib.

Komandanlığın əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı 3-ü qadın və 3-ü uşaq olmaqla 25 qanunsuz miqrant, bir nəfər miqrant qaçaqmalçısı saxlanılıb.

Miqrantlar müvafiq prosedurlardan sonra Miqrasiya İdarəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə