Məzmuna keç

HƏMAS-ın İsrailə hücumu nəticəsində ölənlərin sayı 1000 nəfəri ötüb

HƏMAS-ın hücumu nəticəsində ölən İsrail vətəndaşlarının sayı 1008 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə İsrailin ABŞ-dəkı səfirliyi məlumat yayıb.

Hücum nəticəsində yaralananların sayının isə 3418 nəfərə çatdığı qeyd olunub.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.