Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.
Bildirilib ki, tərəflər Fələstin-İsrail münaqişəsini müzakirə ediblər, o cümlədən gərginliyin yayılmasının qabaqlayıcı tədbirləri ətrafında fikir mübadiləsi aparıblar.
Türkiyə Prezidenti mülki obyektlərin vurulmasından narahatlığını ifadə edib.
Ərdoğan Türkiyənin bölgədə əmin-amanlığı təmin etməsi üçün hər cür təşəbbüsləri göstərməyə davam edəcəyini bildirib.
***
20.31
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparacaq.
E-huquq.az xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan Avstriyanın baş naziri Karl Nehammer ilə keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, bundan əlavə BMT-nin Baş katibi Antonio Quterreş ilə də telefonla danışacaq.
Ərdoğan Türkiyənin İsrail-Fələstin münaqişəsi və Rusiya-Ukrayna müharibəsinə dair diplomatik səylərini davam etdirəcəyini vurğulayıb.
