Türkiyənin İsparta şəhərində silahlı insident zamanı 1 nəfər ölüb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Gelendost rayonunda naməlum şəxslər arasında baş verən atışma zamanı 5 nəfər yaralanıb. Yaralılar dərhal İsparta Süleyman Dəmirəl Universiteti Tibb Fakültəsi Xəstəxanasına aparılıb. Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.
Digər zərərçəkənlərin vəziyyətinin ağır olduğu bildirilib.
İnsidentə görə 7 nəfər şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı araşdırma davam edir.
Şəbnəm Mehdizadə
