Argentinanın mərkəzi hissəsindəki Kordoba şəhərində dağlıq ərazidə başlayan meşə yanğını yaşayış məntəqələrinə də keçib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Punilla vadisində başlayan meşə yanğını şəhər mərkəzinə doğru irəliləyib. Rəsmilər bu səbəbdən bəzi evlərin boşaldıldığını açıqlayıb.
Yanğınsöndürənlərin bütün səylərinə baxmayaraq, əlverişsiz hava şəraiti səbəbindən yanğını nəzarət altına almaq hələlik mümkün olmayıb.
Ölkənin Ekologiya Nazirliyindən verilən məlumata görə, bölgəyə 8 yanğınsöndürmə təyyarəsi və bir helikopter göndərilib.
Əsgərlərin də yanğınsöndürmə işinə dəstək verdiyi bildirilib. Alovun şiddətindən asılı olaraq təxliyə əməliyyatlarının sürətləndirilə biləcəyi qeyd olunub.
Şəbnəm Mehdizadə
