Məzmuna keç

Nigeriyada girov götürülən 29 nəfər xilas edilib

Nigeriyanın Bauçi əyalətində silahlı dəstə üzvləri tərəfindən girov götürülən 29 nəfər xilas edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Bauçi əyalətinin qubernatoru Bala Məhəmməd məlumat verib.

O bildirib ki, ordu, polis və yerli təhlükəsizlik qüvvələri ilə birgə Bauçi əyalətinin müxtəlif bölgələrində birgə əməliyyatlar keçirilib. Əməliyyatlar nəticəsində girov götürülən şəxslər xilas edilb, həmçinin 67 dəstə üzvü zərərsizləşdirilib, müxtəlif silah və sursatlar ələ keçirilib.

Qeyd edək ki, Nigeriyada son zamanlar silahlı dəstələr, həmçinin "Boko Haram" və ISWAP kimi terror təşkilatları tərəfindən tez-tez silahlı hücumlar baş verir.

Şəbnəm Mehdizadə