Məzmuna keç

Meksikada qasırğa nəticəsində 1 nəfər ölüb

Meksika sahillərində baş verən güclü qasırğa bir nəfərin ölümünə səbəb olub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, sürəti saatda 220 kilometrə çatan "Lidia" qasırğası Las Penitas şəhərində güclü yağışlara səbəb olub.

Rəsmilər avtomobilin üzərinə ağac aşması nəticəsində 1 nəfərin öldüyünü açıqlayıb.

Meksika prezidenti Andres Manuel Lopez Obrador Nayarit və Xalisko əyalətlərində yaşayan insanları evlərini tərk etməməyə çağırıb.

Puerto Vallarta hava limanı bu gün yerli vaxtla saat 16:00-dan sabah saat 08:00-a qədər bağlanıb. Bəzi bölgələrdə məktəblərdə tədris prosesi dayandırılıb.

Şəbnəm Mehdizadə