Məzmuna keç

İstanbulda zərcirvari qəzada 13 avtomobil toqquşdu, yaralanan var –

Türkiyənin İstanbul şəhərində 13 nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, əyləci boşalan kütləvi ixtişaşlara müdaxilə maşını (TOMA) qarşısındakı avtomobilə çırpılaraq dayanıb. Nəticədə arxadan gələn 11 maşın və 2 motosikletin də toqquşmasına səbəb olub.

Hadisə nəticəsində motosiklet sürücüsü yaralanıb.

Əraziyə dərhal təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunub. Yaralı ilkin tibbi yardımdan sonra xəstəxanaya aparılıb.

Qəza səbəbindən Şile şosesi Altunizadə istiqamətində hərəkət dayanıb. Təxminən 2 saatlıq əməliyyatdan sonra qəzaya düşən avtomobillər ərazidən çıxarılıb və yolda hərəkət bərpa olunub.

Şəbnəm Mehdizadə