Türkiyədə 5 mərtəbəli bina uçub


  • 7 Dekabr 2023 17:36

Türkiyənin Diyarbekir şəhərində 5 mərtəbəli bina uçub.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sur rayonunda yerləşən binada qəfil çökmə baş verib.

Hadisə yerinə təcili tibbi yardım və polis qrupları göndərilib.

Binanın ətrafında təhlükəsizlik tədbirləri görülüb və çökmə riskinə qarşı binanın ətrafındakı bəzi binalar boşaldılıb.

Ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) qrupları dağıntılar altında insanların qalması ehtimalına qarşı itlərlə axtarış aparır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər