Vanda zəlzələ oldu


  • 6 May 00:22

Türkiyənin Van şəhərinin Sağlamtaş rayonunda 4,1 maqnitudalı zəlzələ olub.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Boğaziçi Unİversiteti Kandilli Rəsədxanası və Seysmoloji Araşdırma İnstitutu bildirib.

Qurumun verilənlərinə əsasən, yeraltı təkanlar yerli vaxtla 22:58-də (Bakı vaxtı ilə 23:58-də) qeydə alınıb. Zəlzələnin ocağı 5 km dərinlikdə yerləşib.

Vanda yaşayan sosial şəbəkə istifadəçiləri zəlzələni hiss etdiklərini bildiriblər.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Oxşar xəbərlər