İzmir sahillərində 24 qanunsuz miqrant saxlanıldı


  • 6 May 12:28

Türkiyənin İzmir şəhərində 24 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə məlumat Sahil Mühafizə Komandanlığının internet saytında yer alıb.

Məlumata görə, İzmirin Dikili sahillərində Sahil Təhlükəsizlik Mobil Radarı (MORAD-10) tərəfindən rezin qayıqda bir qrup şəxsin olduğu müəyyən edilib.

Komandalar tərəfindən dayandırılan rezin qayıqda 8-i uşaq olmaqla ümumilikdə 24 qanunsuz miqrant yaxalanıb.

Miqrantlar Miqrasiya İdarəsinə göndərilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər