ABŞ-da güclü yağışlar daşqınlara səbəb olub: minlərlə insan təxliyə edilib


  • 6 May 13:18

ABŞ-ın Texas ştatında yağan leysan yağışlar ciddi fəsadlara səbəb olub.

E-huquq.az CNN-ə istinadən xəbər verir ki, ABŞ-ın Texas ştatının ən böyük şəhərlərindən biri olan Hyustonda leysanlar zamanı 12 çay daşıb.

Fövqəladə Hallar üzrə Dövlət Koordinatoru Emmitt Eldridge bildirib ki, Hyustonun şimalında 200-dək evdə yaşayan insanlar məcburi təxliyə edilib.

Şəhərin şimal-qərbindəki Walker County bölgəsində təxminən 43 əsas yol su altında qalıb.

Hyustondan təxminən 100 kilometr şimal-şərqdə yerləşən Polk County adlı ərazidə isə 700 ev su altında qalıb.

Leysan yağışların bir müddət davam edəcəyi bildirilib.

Rəsmilər təbii fəlakət zamanı ölən və yaralananın olmadığını qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər