Zəncirvari yol qəzası nəticəsində 6 nəfər yaralanıb


  • 6 May 13:41

Türkiyənin Kayseri şəhərində zəncirvari yol qəzası baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 6 avtomboilin toqquşduğu qəza nəticəsində 6 nəfər yaralanıb.

Hadisə yerinə xilasedicilər, polis və təcili yardım qrupları cəlb edilib.

Yaralılar şəhərdəki xəstəxanalara aparılıb.

Bir müddət sonra nəqliyyatın hərəkəti bərpa olunub.

Araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər