HƏMAS-ın Qəzzada razılaşdığı atəşkəs təklifinin detalları açıqlandı - YENİLƏNDİ


  • 6 May 22:19

HƏMAS hərəkatının Qəzza zolağında razılaşdığı atəşkəs təklifinin detalları açıqlanıb.

E-huquq.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Telekanal bildirir ki, atəşkəs İsrail qüvvələrinin anklavdan çıxarılmasını və blokadanın tamamilə aradan qaldırılmasını nəzərdə tutur.

Qətər və Misirin vasitəçiliyi ilə irəli sürülən təklif hər biri 42 gün davam edəcək üç mərhələdən ibarət nizamlanmanı nəzərdə tutur.

İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari Qəzza ilə bağlı danışıqlar üçün bütün variantları nəzərdən keçirdiyini bildirib.

***

20.48

HƏMAS İsraillə atəşkəsə razılaşıb.

E-huquq.az xəbər verir ki, bu barədə hərəkatın teleqram kanalı məlumat yayıb.

HƏMAS lideri Qətər və Misirə hərəkatın atəşkəs təklifini təsdiqlədiyi barədə məlumat verib.

Xatırladaq ki, 2023-cü ilin oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.

Oxşar xəbərlər