ABŞ-da şiddətli fırtına ilə əlaqədar fövqəladə vəziyyət elan edilib


  • 7 May 15:11

ABŞ-ın bir sıra bölgəsində şiddətli fırtına ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

E-huquq.az The New York Times qəzetinə istinadən xəbər verir ki, fırtına nəticəsində Oklahoma ştatında 1 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Oklahoma ştatının Barnsdall şəhərinin üçdə biri tornado zamanı tamamilə dağılıb.

Şəhərdə bir çox ev və müəssisələrə ziyan dəyib, qocalar evinin damı uçub. Bəzi qəsəbələrdə elektrik enerjisi tamamilə kəsilib.

Milli Hava Xidməti Oklahoma ştatının Osage County və Washington County adlı ərazilərində fövqəladə vəziyyət elan edib.

Bu ərazilərdə tornadoların dağıdıcı fəsadlar törədə biləcəyi barədə əhaliyə xəbərdarlıq edilib.

Qasırğalı küləklərlə müşayiət olunan tufanın bütün gecə davam edəcəyi gözlənilir.

Məlumata görə, Oklahomada yeddi, Ayova, Kanzas və Cənubi Dakotada iki, Nebraska və Tennessi ştatlarında isə bir tornado müşahidə edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər