Çində xəstəxanaya hücum: 10 nəfər ölüb


  • 7 May 15:28

Çində xəstəxanaya bıçaqlı hücum nəticəsində 10 nəfər həyatını itirib.

E-huquq.az Çinin Sinxua agentliyinə istinadən xəbər verir ki, hücum Çinin Yunnan əyalətinin Kaotonq adlı ərazisində yerləşən Cinxiong Rayon Xəstəxanasında olub.

Yerli hakimiyyət orqanları hücum zamanı 10-dan çox adamın öldüyünü bildirib.

Hadisə nəticəsində 23 nəfərin yaralandığı qeyd olunur.

Hadisəni törədən şəxs saxlanılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər