İzmir sahillərində 37 qanunsuz miqrant xilas edilib


  • 27 May 10:04

Türkiyənin İzmir şəhərində 37 qanunsuz miqrant xilas edilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə məlumat Sahil Mühafizə Komandanlığının internet saytında yer alır.

Məlumata görə, İzmirin Karaburun sahillərində qanunsuz miqrantları daşıyan rezin qayığın mühərrik xarab olub.

Bölgəyə dərhal Komandanlığın əməkdaşları göndərilib və rezin qayıqda olan 30 qeyri-qanuni miqrant xilas edilib.

Çeşmə sahillərində Yunanıstan tərəfindən Türkiyəyə geri qaytarılan xilasedici saldakı 7 qanunsuz miqrant xilas edilib.

Urla sahillərində isə Komandanlığın əməkdaşları tərəfindən 29 qanunsuz miqrant saxlanılıb.

Qanunsuz miqrantlar Miqrasiya İdarəsinə göndərilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər