Məzmuna keç

Avstraliyada tarlada 1 kiloqram ağırlığında qızıl külçə tapılıb

Avstraliyanın Tibooburra bölgəsindəki əkin sahəsində təxminən 1 kiloqram ağırlığında qızıl külçə aşkarlanıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, yumruq böyüklüyündə olan qızıl külçə təbii və emal olunmamış vəziyyətdə tapılıb.

Qızıl yataqları ilə tanınan Tibooburra bölgəsində axtarış aparan şəxs geniş ərazini əhatə edən təsərrüfat sahəsində bu nadir tapıntıya rast gəlib.

Külçənin ölçüsü və çəkisi görənlərin diqqətini çəkib.

Şəbnəm Mehdizadə