Türkiyənin İstanbul şəhərində fabrikdə yanğın baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, İstanbulun Beylikdüzü adlı ərazisində yerləşən və kimyəvi maddələr istehsal edən fabrikin zirzəmisində naməlum səbəbdən yanğın başlayıb.
Hadisə yerinə dərhal çoxlu sayda yanğınsöndürmə briqadaları göndərilib.
Bir müddət sonra yanğın nəzarət altına alınıb.
Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Şəbnəm Mehdizadə
