Türkiyənin Qars şəhərində 7 mərtəbəli oteldə yanğın olub.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhərin Faiq Bəy küçəsində yerləşən otelin 4-cü mərtəbəsində naməlum səbəbdən yanğın baş verib.
Əraziyə çoxlu sayda yanğınsöndürən, polis və təcili yardım qrupları cəlb edilib.
4-ü xarici ölkə vətəndaşı olmaqla 10 nəfər dərhal oteldən təxliyə edilib.
Bir müddət sonra yanğının qarşısı alınıb.
Yanğın nəticəsində tüstüdən zəhərlənən 10 nəfər müxtəlif xəstəxanalara aparılıb.
Araşdırma aparılır.
Şəbnəm Mehdizadə
