Hindistanda meymunçiçəyi virusunun yeni ştammı aşkar edilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumat yayıb.
Məlumata görə, "Clade 1b" adlanan yeni ştammın yoluxuculuq qabiliyyəti yüksəkdir.
Virusun yeni ştammı Hindistanın cənubundakı Kerala əyalətində yaşayan və bu yaxınlarda Dubaydan qayıdan 38 yaşlı kişidə aşkar edilib.
Hindistan Səhiyyə Nazirliyinin sözçüsü Manişa Verma faktı təsdiqləyib. O virusa yoluxan xəstənin xəstəxanada müalicə olunduğunu bildirib.
Rəsmilər xəstənin ailə üzvlərinə və təmasda olduğu digər şəxslərə də nəzarət edildiyini söyləyib.
Şəbnəm Mehdizadə
