Türkiyənin Kırklareli şəhərində 11 qanunsuz miqrant yaxalanıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri Kırklarelinin Kofçaz şossesində yoxlama keçirib.
Bu zaman qaçmağa çalışan şübhəli nəqliyyat vasitəsi polis tərəfindən saxlanılıb.
Komandalar avtomobillərdə olan və ölkəyə qeyri-qanuni yollarla daxil olan 11 qanunsuz miqrantı yaxalayıb.
Hadisə ilə bağlı bir nəfər saxlanılıb.
Şəbnəm Mehdizadə
