Məzmuna keç

Sudanda vəbaya yoluxanların sayı 15 mini keçib

Sudanda vəbaya yoluxanların sayı 15 min 577-yə çatıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Sudan Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda vəba xəstəliyindən həyatını itirənlərin sayının 506-ya yüksəldiyi qeyd edilib.

Qeyd edək ki, ölkədə iyun ayından bəri yağan güclü yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub.

Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.

Şəbnəm Mehdizadə