Türkiyənin Çorum şəhərində 7 nəfər göbələkdən zəhərlənib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Çorumun mərkəz rayonlarında meşədən topladıqları yeyən şəxslər ürək bulanması, ishal və qusma şikayətləri ilə xəstəxanaya müraciət edib.
Zərərçəkmişlərə dərhal tibbi yardım göstərilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
