ABŞ-də Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris seçim tərəddüdündə olan əksər ştatlarda əhali arasında dəstək baxımından Respublikaçılar Partiyasından olan rəqibi Donald Trampdan geridə qalır.
E-huquq.az xəbər verir ki, bunu "RealClearPolitics" portalının ölkədə son sorğularının təhlili sübut edir.
Araşdırmaya görə, bəzi ştatlarda sakinlərin 48,3%-i Trampı, 47,5%-i isə Harrisi dəstəkləyir.
Respublikaçıların xeyrinə ən böyük fərq Arizona ştatlarında qeydə alınıb.
"RealClearPolitics"in proqnozu doğru olarsa, Tramp prezident seçkilərində qalib gələcək.
