Məzmuna keç

Türkiyədə məktəb avtobusu qəzaya düşdü, 4 nəfər öldü –

Türkiyənin Afyonkarahisar şəhərinin Sandıklı rayonunda məktəb avtobusu qəzaya uğrayıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məktəb avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində 4 nəfər ölüb, 1 nəfər isə ağır yaralanıb.

Ölənlərin hamısı avtomobildəki sərnişinlər olub.

Hadisə yerinə təcili tibbi yardım, jandarma və xilasetmə qrupları cəlb edilib.

Qəza zamanı məktəb avtobusunun boş olduğu və kənddən şagirdləri aparmağa getdiyi bildirilib.

Şəbnəm Mehdizadə