Məzmuna keç

Ərdoğanın sədrliyi ilə təhlükəsizlik toplantısı keçirildi –

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə təhlükəsizlik toplantısı keçirilib.

E-huquq.az xəbər verir ki, İstanbulda Atatürk hava limanında 1 saatdan çox davam edən toplantıda TUSAŞ-da baş verən terror aktına dair məsələlər müzakirə edilib.

Toplantıya xarici işlər naziri, milli müdafiə naziri, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri, Müdafiə Sənayesi İdarəsinim rəhbəri və digər rəsmi şəxslər qatılıb.

***

18.56

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu axşam Təhlükəsizlik Şurasını toplayacaq.

E-huquq.az xəbər verir ki, bu barədə "Trt Haber" məlumat yayıb.

Məlumata görə, Prezident Təhlükəsizlik Şurasının iclasını İstanbulda Atatürk Hava Limanında keçirəcək.

Qeyd edək ki, R.T.Ərdoğan BRICS sammitində iştirak etmək üçün getdiyi Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazandan İstanbula geri dönüb.