Məzmuna keç

BMT TŞ Ankarada törədilən terror aktını qınadı

BMT Təhlükəsizlik Şurası (TŞ) Türkiyənin Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) istehsal obyektində törədilən terror aktını şiddətlə qınayıb.

E-huquq.az bu barədə "Trt Haber"ə istinadən xəbər verir.

Bildirilib ki, qurumun yaydığı bəyanatda hücuma görə məsuliyyət daşıyanlar, onu maliyyələşdirənlər və dəstəkləyənlərin məsuliyyətə cəlb edilməli olduğu vurğulanıb.

Qeyd edək ki, oktyabrın 23-də Ankarada TUSAŞ-ın ərazisində törədilən terror aktı nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb.