Məzmuna keç

Türkiyədə terrorçuların hücumu nəticəsində əsgər ölüb

Türkiyə Silahlı Qüvvələrinin “Pençe-Kaplan” antiterror əməliyyat bölgəsində PKK terror qruplaşmasının hücumu nəticəsində bir hərbçi ölüb.

E-huquq.az “Haber Global”a istinadən xəbər verir ki, məlumatı Türkiyənin Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, əməliyyat bölgəsində terrorçuların hərbçilərə hücumu nəticəsində əsgər yaralanıb. Əsgər xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.