Məzmuna keç

Aİ diplomatiyasının rəhbəri Ermənistana səfərə hazırlaşır

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Ermənistana səfərə hazırlaşır.

E-huquq.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Paruyr Ovannisyan bildirib.

Onun sözlərinə görə, səfər yaxın həftələrdə planlaşdırılır.

Nazir müavini səfərin təfərrüatlarını açıqlamayıb.