Məzmuna keç

Türkiyənin 14 vilayətində leysan gözlənilir

Türkiyənin 14 vilayətində əhaliyə sarı xəbərdarlıq edilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Meteorologiya İdarəsi məlumat yayıb.

Məlumata görə, Egey, Aralıq dənizi və ölkənin cənub-şərqi daxil olmaqla ümumilikdə 14 vilayətdə leysan yağışlarla bağlı sarı xəbərdarlıq verilib.

Əhaliyə sel və daşqınla bağlı çağırış edilib.

Soyuq və yağışlı havanın bir müddət davam edəcəyi bildirilib.

Şəbnəm Mehdizadə