Məzmuna keç

51 nəfər dönərdən zəhərləndi

Türkiyənin Kocaeli şəhərində kütləvi zəhərlənmə olub.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, restoranlardan birində toyuq dönəri yeyən 51 nəfərin halı pisləşib.

Zərərçəkmişlər ürəkbulanma, qızdırma və qusma şikayəti ilə xəstəxanalara yerləşdirilib.

50 nəfər müalicədən sonra evə göndərilib.

1 nəfərin isə vəziyyəti ağır olaraq qalır.

Məsələ ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən araşdırma aparılır.

Şəbnəm Mehdizadə