Məzmuna keç

Almaniya “Rusiya işğalı” ssenarisi üzrə hərbi təlimlərə başlayacaq

Almaniya Bundesveri sentyabrda “Rusiya hücumu” ssenarisini tətbiq etmək üçün kütləvi hərbi təlimlər keçirəcək.

E-huquq.az xəbər verir ki, Təlimlərə NATO ölkələrindən də əsgərlər cəlb olunacaq.

Ümumilikdə 800 min əsgərin Rusiyanın ehtimal olunan hücumuna hazırlaşacağı bildirilir.

Xəbərdə deyilir: “Sentyabrın 25-dən… (Hamburq) üç gün ərzində hərbi mərkəzə çevriləcək… Bundesver "Red Storm Bravo" (“Bravo Qırmızı Fırtınası") adlı genişmiqyaslı təlimlərə başlayır… Ssenari Rusiyanın Qərbə hücumu ilə bağlıdır”.