Məzmuna keç

Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Türkiyənin Adana şəhərində cinayətdə şübhəli bilinən 57 nəfər saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, polis qruplarının son bir həftə ərzində yoxlamalar aparıb.

Yoxlamalar zamanı müxtəlif cinayətlərə görə axtarışda olan 57 şübhəli saxlanılıb.

14 min 533 nəfər dindirilib, 4 min 723 nəqliyyat vasitəsinə baxış keçirilib.

Şəbnəm Mehdizadə