Məzmuna keç

20-yə yaxın ölkə tariflərə görə ABŞ-yə müraciət etdi

Tarif probleminin həlli üçün 20-yə yaxın ölkə ABŞ-yə konkret ticarət təklifləri verib.

E-huquq.az xəbər verir ki, bu barədə Ağ Evin Milli İqtisadi Şurasının direktoru Kevin Hassett "CNBC" telekanalına müsahibəsində bildirib.

"Demək olar ki, bir çox ölkələr bizimlə əlaqə saxlayıblar. Belə ölkələrin sayı 20-yə yaxınlaşır", – Hasset qeyd edib.

Aprelin 9-da ABŞ Prezidenti Donald Tramp 75-dən çox ölkəyə tətbiq edilən ticarət tariflərini 90 gün müddətinə dayandırıb.