Məzmuna keç

Bakıda axtarışda olan 28 nəfər saxlanıldı

Bakıda axtarışda olan 28 nəfər saxlanıldı

Bakı şəhər Baş Polis İdarəsi ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumat açıqlayıb.

E-huquq.az xəbər verir ki, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 2-də 26 cinayətin üstü açılıb.

Onlardan 10-u əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Quldurluq üzrə 1, xuliqanlıq üzrə 2, narkotiklərlə əlaqəli 7, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 10 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 28 nəfər saxlanılıb.