Məzmuna keç

Bakı polisi ötən gün baş verən cinayətlərlə bağlı məlumat yaydı

Bakı polisi ötən gün baş verən cinayətlərlə bağlı məlumat yaydı

Bakı şəhər Baş Polis İdarəsi ötən gün ərzində paytaxtda baş verən cinayət faktları və hadisələr haqqında məlumat yayıb.

E-huquq.az xəbər verir ki, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 4-də 24 cinayətin üstü açılıb.

Onlardan 11-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Soyğunçuluq üzrə 2, xuliqanlıq üzrə 6, narkotiklərlə əlaqəli 2, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 9 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 21 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.