- 15:56
Qəbələ şəhərində ümumi sahəsi 90 m² olan obyektin içərisində boya maddələri 4 m² sahədə yanıb.
Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Yüksək temperaturdan obyektin lambirdən ibarət tavanı 90 m² sahədə əriyib. Obyektin və boya maddələrinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Xaçmaz rayonunun Armudpadar kəndində ümumi sahəsi 12 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və ona bitişik, sahəsi 24 m² olan talvarın yanar konstruksiyaları 12 m² sahədə yanıb.
Talvarın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.