Bakıda avtobusun şüşəsini sındırmaqla əmlaka zərər vuran şəxs saxlanıldı


  • 20 May 22:11

Paytaxtın Yasamal rayonunda 65 saylı marşrut avtobusunun şüşəsini sındırmaqla əmlaka zərər vuran şəxs müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli e-huquq.az-a bildirib ki, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 38 yaşlı Qurbanov Ruslan saxlanılaraq məsuliyyətə cəlb edilib.

Onun əməlinə hüquqi qiymət verilməsi üçün araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisə mayın 17-də baş verib.

Oxşar xəbərlər