Almaniyada əcnəbilər daha çox kirayə haqqı ödəyirlər


  • 21 May 17:37

Almaniyada əcnəbi vətəndaşlar alman vətəndaşlarına nisbətən hər kvadratmetrə görə orta hesabla 9,5 faiz çox kirayə haqqı ödəyir.

E-huquq.az Almaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumat Federal Statistika İdarəsinin dərc etdiyi hesabatda yer alır.

2022-ci ilin məlumatlarına əsaslanan araşdırmaya görə, alman pasportu olmayanlar hər kvadratmetr üçün orta hesabla 7,75 avro, Almaniya vətəndaşları isə 7,08 avro ödəyir.

Belə ki, xarici ölkə vətəndaşları eyni kvadratmetr üçün orta hesabla 9,5 faiz çox pul ödəyirlər.

Kirayə fərqi şəhərin ölçüsündən asılı olaraq dəyişir. Fərq orta şəhərlərdə (50-100.000 əhali) 6.6 faiz olaraq qaldığı halda, kiçik yaşayış məntəqələrində (10.000-dən az) 10.6 faizə qədər yüksəlir.

Statistika idarəsi bildirib ki, bu fərqin əsas səbəblərindən biri Almaniya vətəndaşlarının daha böyük mənzillərdə yaşamasıdır. Almanlar üçün orta yaşayış sahəsi 109,6 kvadratmetr olduğu halda, xarici vətəndaşlar üçün bu sahə 85,7 kvadratmetrə enir.

Almanların 54 faizi öz evinə sahibdir, xaricilərin isə yalnız 22 faizi bu imkana malikdir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər