Məzmuna keç

Türkiyədə maşın sel sularına qapıldı – VİDEO

Türkiyənin Aydın vilayətinin Koçarlı rayonunda güclü yağış nəticəsində daşan Sarıçay dərəsindən keçməyə çalışan avtomobil sel sularına qapılıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, güclü yağışdan sonra dərədə suyun səviyyəsi qəfil yüksəlib. 

Körpünün olmadığı hissədən avtomobili ilə qarşı tərəfə keçməyə çalışan sürücünün idarə etdiyi nəqliyyat vasitəsi güclənən sel sularına qapılaraq hərəkətsiz qalıb.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə jandarm və tibbi yardım əməkdaşları göndərilib.

Avtomobildə olan sürücü və sərnişin jandarm əməkdaşları və yerli sakinlərin köməyi ilə xilas edilib.

Daha sonra avtomobil də sudan çıxarılıb.

Şəbnəm Mehdizadə