- 13:16
Sumqayıtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib.
Bu barədə e-huquq.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 6 ədəd elektrik sayğacı və 10 paq.m elektrik kabeli yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2-si uşaq olmaqla 3 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.