Məzmuna keç

DİN üç nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı

DİN üç nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Siyəzən rayonunda üç nəfərin öldüyü qəza ilə bağlı məlumat yayıb.

E-huquq.az xəbər verir ki, hadisə martın 6-da saat 1 radələrində Siyəzən rayonunun Yenikənd kəndi ərazisində baş verib.

Elxan Əhmədov idarə etdiyi “Renault” markalı avtomobili qarşıda gedən H.Qurbanovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub.

Nəticədə sürücü və sərnişinləri Tural Əsgərov və Şamo Əliyev hadisə yerində ölüblər.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanıb.