- 22 May 13:16
Sumqayıt şəhərində yanğın olub.
Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 48 m² olan 2 otaqlı mənzilin eyvanında 2 m² sahədə dolab yanıb. Yüksək temperaturdan 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib. Mənzilin qalan hissəssi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.