Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı


  • 24 May 11:06

Mayın 23-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin üstü açılıb.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Axtarışda olduğuna görə ümumilikdə 153, o cümlədən borclu şəxs qismində axtarışda olan 127 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.

Oxşar xəbərlər