- 13:11
Ağdaşda evdə kişi meyiti aşkarlanıb.
E-huquq.az xəbər verir ki, hadisə rayon mərkəzində, Qaçaq Nəbi küçəsində qeydə alınıb.
1961-ci il təvəllüdlü rayon sakini Hacıyev Əhliman Səlim oğlu məlum olmayan səbəbdən yaşadığı həyətdə ölmüş vəziyyətdə aşkar olunub.
Əhliman Hacıyev üç övlad atasıdır. Faktla bağlı araşdırma aparılır.