Bakıda üç otaqlı ev yandı


  • 24 May 16:09

Bakının Qaradağ rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a verilən xəbərə görə, Qaradağ rayonunda ümumi sahəsi 140 m² (hər mərtəbəsi 70 m²) olan ikimərtəbəli 3 otaqlı evin 1-ci mərtəbəsində 1 ədəd divan yanıb, yüksək temperaturdan 1 ədəd televizor və 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər