- 13:11
Xızı rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a verilən xəbərə görə, Xızı rayonunun Giləzi qəsəbəsində ümumi sahəsi 150 m² olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları 35 m² sahədə və mətbəxinin tavanı 20 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bunadan başqa, Şəki şəhərinin Qoxmuq kəndində ümumi sahəsi 154 m² (hər mərtəbəsi 77 m²) olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.